Sosial sifarişlərin nəticələrini elan edib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 istiqmətdə elan etdiyi  sosial sifarişlərin nəticələrini elan edib. 
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 01 fevral 2018-ci il tarixdə keçirilmiş “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı rayonları üzrə)” adlı müsabiqənin qalibləri 
  • Tovuz rayonu üzrə - “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi, 
  • Bərdə və Ağcabədi rayonları üzrə  “İnkişaf Naminə İdman” İctimai Birliyi,
  • İsmayıllı və Qax rayonları üzrə - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi,
  •  Qazax rayonu üzrə  “Əlil Qadınlar” Cəmiyyəti, 
  • Yardımlı rayonu üzrə  “Əlillərin beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyəti
 
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı, Ağdaş, Zaqatala, Ağstafa, Saatlı, Balakən, Göyçay, İmişli, Gədəbəy, Sumqayıt, Mingəçevir, Şirvan, Qəbələ, Kürdəmir və Samux şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı müsabiqənin qalibləri
 
  • Cəlilabad rayonu üzrə - “United Aid For Azerbaijan” (UAFA) Xeyriyyə Cəmiyyəti və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi, 
  • Xaçmaz rayonu üzrə - “United Aid For Azerbaijan” (UAFA) Xeyriyyə Cəmiyyəti, 
  • Biləsuvar rayonu üzrə - “United Aid For Azerbaijan” (UAFA) Xeyriyyə Cəmiyyəti, 
  • Sabirabad rayonu üzrə - “Azad İqtisadiyyatın İnkişafına Yardım” İctimai Birliyi, 
  • Ağstafa rayonu üzrə - “Sosial-İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyi, 
  • Şamaxı rayonu üzrə - “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi, 
  • Mingəçevir şəhəri üzrə - “Ailələrə Sosial Dayaq” İctimai Birliyi, 
  • Göyçay rayonu üzrə - “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi, 
  • Gədəbəy rayonu üzrə -“Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyi, 
  •  
“Əlilliyi olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması”  adlı müsabiqənin qalibləri 
  • “Ulusu Sanatoriyası” Məhdud Məsuliyyətli Cəmiyyəti,
  •  “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, 
  • “Turkom” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilmişdir.
 

 






Tarix:26/2/2018     www.udpo.az saytı Geri