IFES - əlilliyi olan şəxslərin seçkilərdə iştirakı


04-07 dekabr 2017 - ci il tarixdə Çexiyanın paytaxtı Praqa şəhərində “The International Foundation for Electoral Systems (IFES), with the support of the United States Agency for International Development (USAID), is seeking applications from disabled people’s organizations (DPOs) to participate in a training on effective political advocacy skills and comparative regional experiences”  mövzusunda təlim seminar keçirilmişdir. Tədbir İFES (USAİD) dəstəyi və təşkilatçılığı ilə həyata keçirilmışdir. Azərbaycan, Belarusiya, Moldova, Ukrayna, Ermənistan ölkələrinin əlillik sahəsində QHT-lərinin iştirak etdiyi tədbirdə Azərbaycanı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və Əlil Qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova təmsil etmişlər. Görülmüş işlər barədə təqdimatlar və təcrübə mübadiləsi olmuş, yeni, mütərəqqi formalar müzakirə olunmuşdur.     






Tarix:07/12/2017     www.udpo.az saytı Geri