Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..


Əlilliyi Olan Şəxslərin ekskursiyaları yekunlaşdı...

 

Sumqayıt şəhəri                                                                                         02.10.2017-ci il

 

"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin icrasını başa vurdu. Oktyabrın 2-də  layihə çərçivəsində Quba  rayonuna ekskursiya baş tutub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin  məqsədindən danışdı. Layihənin məqsədi  fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir.Layihə çərçivəsində Şəki,İsmayıllı, Sumqayıt və sonuncu nəzərdə tutulan Quba turu ilə ekskursiyaların  yekunlaşdığını bildirdi.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru Səyidə xanım Abbasova əlilliyi olan şəxslərə can sağlığı arzuladı və dövlətimizin xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqətdən danışdı.Sonra Soyqırım abidəsi barədə geniş məlumatlar verdi. Quba Soyqırım Memorial Kompleksindən əlavə bir çox tarixi abidələrə gəzinti təşkil olundu.

 

 




Tarix:2/10/2017     www.udpo.az saytı Geri