Samux IƏRM


İstedadlı Əlillər İB-nin əməkdaşları növbəti dəfə Samux rayonunda fəaliyyət göstərən "Fiziki imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzi"nin üzvlərinin valideyinləri ilə görüş keçirmişdir. Tədbirdə Mərkəzin rəhbəri Elmira İsmayılova Mərkəz haqqında geniş məlumat verdi. Görüşdə iştrak edən valideyinlər qayğıları və problemlərindən danışdılar. Qeyd olunan problemlərin həlli yolları müzakirə edildi. Müraciətlərdən məlum oldu ki, bir çox ailələrin ünvanlı sosial yardım almalarında və evladlarının müalicə məsələlərində çətinlklərlə üzləşirlər. 
İstedadlı Əlillər İB-nin sədri Cavad Qasımov çıxışında qeyd etdi ki, "Burda qeyd olunan məsələlər Birliyimiz tərəfindən aidiyyatı üzrə Dövlət orqanlarına çatdırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan məsələlər isə tərəfimizdən Nazirlik yanında İctimai Şuranın müzakirələrinə çıxarılaraq ümumiləşdirilmiş halda Nazirliyin rəhbərliyinə çatdırılacaq. Bildiyiniz kimi Samux rayonunda "Fiziki imkanları məhdud olan uşaqlar üçün yaradılan icma əsaslı sosial reabilitasiya mərkəziMərkəzimizin fəaliyyəti Nazirliyin sosial sifarişi əsasında fəaliyyət göstərir. Bizim Birlik isə bu sifarişi icra edir. Birliyimizin əməkdaşları ilə yanaşı müxtəlif sahələr üzrə könüllülərimiz də Mərkəzin fəaliyyətində yaxından iştrak edirlər. Mərkəzimizdə sosial iş, finkusional terapiya, abilitasiya, psixoloji xidmətlərlə yanaşı layihədən kənar olaraq valideyinlərə hüquqi xidmətlər də göstərilir. Birliyimiz eyni zamanda müalicəyə ehtiyacı olan fiziki imkanları məhdud olan uşaqların müalicə olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən aidiyyatı Bərpa Mərkəzlərinə yerləşdirilməsinə dəstək olur"... 
Sonra tədbirə dəvət olunan Mərkəzi Klinika Xəstəxanasının Gəncə şöbəsinin nümayəndəsi çıxışında "Fiziki imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzi"nin üzvlərinə hər həftənin cümə günü ödənişsiz müayinə edəcəklərini, Klinika tərəfindən ailələrə güzəşli kuponlar veriləcəyini və müalicəyə ehtiyacı olan uşaqların müalicəsinin təşkilində dəstək olacaqlarını qeyd etdi. Daha sonra qonaqlar və valideyinlər Mərkəzdə uşaqllar üçün yaradılan şəraitlə tanış oldular. 
 

Davud RƏHİMLİ






Tarix:20/9/2017     www.udpo.az saytı Geri