Murad Əlillər İctimai Birliyi - Salyan rayonunun fəal QHT - si.


Murad Əlillər İctimai Birliyi Salyan rayonunda fəaliyyət göstərən QHT olaraq, əlilliyi olan şəxslərin hüquqlarının təmin olunmasına, reabilitasiya, təhsil, sağlamlıq və digər sosial səhələr üzrə xidmətlər göstərir, görüşlər keçirilir. Təşkilat mütəmadi olaraq əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası üçün müxtəlif tədbirlər həyata keçirir. İctimai birliyin yaratdığı reabilitasiya mərkəzində əlilliyi olan insanlara cəmiyyətdə tam iştirakın a dəstək məqsədi ilə müxtəlif proqramlar həyata keçirilir. Murad ƏİB fəaliyyətlərini tək Salyan rayonu ilə məhdudlaşdırmır. Ətraf ərazilərə də mütəmadi səfərlər təşkil olunur, əlilliyi olan şəxslərin əməkdaşlığı istiqamətində işlər görülür. Qeyd edək ki, Murad Əlillər İctimai Birliyi Əlil Təşkilatları İttifaqının (ƏTİ) üzvüdür və təşkilatların tədbirlərində fəal iştirak edir.  

 

Davud Rəhimli






Tarix:14/9/2017     www.udpo.az saytı Geri