Kiçik və orta sahibkarlığın inkişafina dəstək. Bərdə


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan Əlillər Cəmiyyəti İB (AƏCİB) həyata keçirirdiyi “Bölgələrdə əlilliyi olan şəxslər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” layihəsinin dəstəyi ilə Bərdə rayonunda; 18 iyul 2017-ci il tarixində saat 1000- 17 00-a kimi (Prins oteldə) təlim keçirmişdir. Təlimdə 42 nəfər iştirak etmişdir. İştirakçılar Qarabağ müharibəsi əlilliyi olan şəxsləri, veteranları, aprel döyüşləri zamanı əlilliyi olan şəxslər, digər sosial vəziyyəti ağır olan insanlar, Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətcisi Əzizov Fəxrəddin, məşğulluq idarəsinin əməkdaşları, torpaq komitəsinin Bərdə rayon şöbəsinin əməkdaşları iştirak etmişdilər. 
Layihənin məqsədi: “Bölgələrdə əlilliyi olan şəxslər  arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili. Onlar arasında kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsində yardımların göstərilməsi .
Məruzəçilər: Layihənin rəhbəri Xədicə Mikayılova iştirakçılara layihənin mahiyyəti ilə bağlı geniş məlumat verdi. Təlimçi Məhluqə Rəhimova iştirakçılara layihədə nəzərdə tutulan proqrama əsasən geniş əhatəli təlim keçmişdir. Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətcisi Əzizov Fəxrəddin maraqlı çıxışları ilə içtirakçılara dəstək vermişdi. Təlim zamanı əlilliyi olan şəxslər  arasında sahibkarlığın inkişafına maraq yaranmışdır. 
 

Davud Rəhimli

 






Tarix:18/7/2017     www.udpo.az saytı Geri