Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması


PRESS-RELIZ

 

Layihə Çərçivəsində Təlimlərin İcrası uğurla davam etdirilir.

 

Abşeron rayonu                                                                                         03.07.2017

 

    "Eşitmə və Nitq Qüsurlu  Şəxslərə Sosial Yardım" Ictimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, qabiliyyətinin inkişafı və sərgilərinin keçirilməsi” adlı  layihəsinin uğurla davam etdirir.

 

        Layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtının səmərəliliyinin artırılması, onların yaradıcılıq potensialına dəstək, qabiliyyətlərinin inkişafı, rəsm, dekorativ sənət sərgilərinin təşkil edilməsidir. Eşitmə və nitq məhdudiyyətli şəxslərin əl işləri bacarığı, gələcəkdə onların peşəsinə çevirmək və beləliklə onların özlərini maliyyə baxımından təmin edilməsinə dəstək olmaqdır. Əlillərin sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsidir.

   "Eşitmə və Nitq Qüsurlu  Şəxslərə Sosial Yardım" Ictimai Birliyi layihə  çərçivəsində  Xırdalan şəhəri Mədəniyyət Mərkəzində  rəssamlıq, tətbiqi sənət və bədii qiraət təlimlərini uğurla davam etdirir. Layihə müddətində İctimai Birlik bir qurup xüsusi qayğıya ehtiyacı olan eştmə məhdudiyyətli əlil şəxslərin asudə vaxtının səmərəli keçirilməsi üçün Quba rayonuna ekskursiya təşkil etdi. Ekskursiya zamanı gənclərə Quba rayonunun tarixi barədə məlumatlar verildi və əyləncəli oyunlarla davam etdirildi.

Layihə rəhbəri Cəmilə Abdulova

 




Tarix:4/7/2017     www.udpo.az saytı Geri