"Candoco" rəqs ansamblı Bakıda


British Council incəsənət layihələri çərçivəsində "Candoco" rəqs ansamblının Bakıya səfərini və onların iki  hissəli valehedici tamaşasının nümayışini təşkil edir. "Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Tamaşadan əlavə, rəqs ansamblının Bakı şəhərindəki çıxışları "Candoco" xoreoqraflarının "inklüziv müasir rəqs" mövzusuna həsr edilən praktik ustad dərsləri ilə müşayiət olunacaqdır. Martın 6-da British Council Yarat ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklusiv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək. Tədbir incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlar üçün şəbəkələşmə imkanı təqdim edəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inkluzivlik sahəsində

çalışan yerli və milli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxlər və potensial sponsorlar iştirak edəcəklər. Keçiriləcək tədbirlərin cədvəli:

 

> 6 mart 10:00-dan 13:00-kimi " Candoco" rəqs ansamblının nümayəndəsi

> tərəfindən aparılan seminar

> 6 mart 13:00-dan 14:00-kimi   British Council tərəfindən təşkil

> edilən və yeni əlaqələrin (şəbəkələrin) qurulmasına həsr olunan

> işgüzar nahar

> 6 mart - 14:00-dan 17:00- kimi  "Candoco" ansamblının rəqqasları

> tərəfindən aparılan ustad dərsi.

7-8 mart tarixlərində, saat 19:00-da Azərbaycan Akademik Milli Dram Teatrında Candoco rəqs ansamblının iki hissəli valehedici tamaşası təqdim olunacaqdır.

Davud RƏHİMLİ

 




Tarix:6/3/2017     www.udpo.az saytı Geri