Biz sizinləyik


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz!  Biz sizinləyik ”  layihəsi davam edir

 

       Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik”  layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirilərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparıldı.

    Layihənin rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edib, qonaqları salamlayıb və layihə haqqında qonaqlara məlumat verib ki, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub. 
      Şəhla Qarayeva həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də, mövcud problemlərin həlli üçün ictimai birliklərin, mətbuatın və fəal vətəndaşların dəstəyindən yararlanmaq dövlətimiz və cəmiyyətimiz üçün faydalıdır.

     Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların  özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını diqqətdə  saxlamaqla sosial təminatını müntəzəm olaraq yaxşılaşdırmağa çalışmalıyıq. Lakin təəssüflər olsun ki, uşaq evlərində, internatlarda yaşayan doğmaları tərəfindən unudulmuş insanlarımız hələ də çoxdur. Buna görədə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Siz tək deyilsiniz! Biz sizinləyik”,  Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçirməyi qarşıya məqsəd qoymuşuq.

      Layihə müddətində biz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nümayəndəsinin, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının iştirakı ilə 6 dəfə Dəyirmi Masa keçiriləcək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparılacaq, bu yönümdə qarşıda olan problemlər aşkarlanacaq, eyni zamanda problemlərin həll yolları göstəriləcək.  Layihə çərçivəsində hazırlanmış və çap olunmuş SİZ TƏK DEYİLSİNİZ BİZ SİZİNLƏYİK! kitabı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsi işini asanlaşdıracaqdır.

     Tədbirdə iştirak edən, QHT, KİV nümayəndələri həyata keçirilən layihədə qaldırılmış problemlər haqqında çıxış edərək maraqli təkliflər verdilər.

     Çıxış edərənlər həyata keçirilən “Siz tək deyilsiniz! Biz sizinləyik”  Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sayəsində görülən təbliğat-təşviqat maarifləndirmə işləri və layihədə qaldırılmış problemlərin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək, Azərbaycan Dövlətinin Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclər barəsində nəzərdə tutulmuş dövlət siyasətinə və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dəstək olaraq öz xeyirli tövhəsini verəcəyini bildirdilər.   

                   “Siz tək deyilsiniz! Biz sizinləyik”  Tənha insanlara sosial və

                    psixoloji dəstək  layihəsinin rəhbəri Şəhla Qarayeva      

 




Tarix:24/10/2016     www.udpo.az saytı Geri