Əlilliyi olan şəxslərin məşğulluğunun təmini 3


Əlilliyi olan şəxslərin məşğulluğunun təmin layihəsi 3 mərhələsini davam etdirir.
“Ülfət”Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədi ilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrası üzrə peşə kurslarının 3-cü mərhələsini  davam etdirir.

 3-cü mərhələ Oktyabr ayının 5-dən start götürüb.Oktyabr ayının sonuna qədər davam edəcək peşə kurslarına  16 nəfər əlilliyi olan gənclər cəlb olunub.Kurslar həftə boyu  davam etdirilir.Gün ərzində 2 dərs olmaqla 8 nəfər əlilliyi olan şəxslər iştirak edir.Kursda office proqramları iştirakçılara mükəmməl olaraq öyrədilir. Peşə kursları oktyabr ayının sonuna qədər davam edəcək və sonda 16 nəfər sertifikatla təmin olunacaq. Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək.

 Təlim kurslarının üçüncü mərhələsi oktyabr ayının sonuna qədər qədər davam edəcək.   

Səbinə Kərimova






Tarix:24/10/2016     www.udpo.az saytı Geri