Biz sizə öyrədərik!


Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım İctimai Birliyinin “Biz sizi öyrədərik” layihəsinın  təqdimat mərasimi.

Mütamadi olaraq yeniyetmə və gənclər tərəfindən  icitmai davraniş qaydalarına əməl olunmamasının şahidi oluruq. Böyüklərin verdiyi öyüd nəsihət də bu problemin tam aradan qaldrılmasına yetmir.  Ölkəmizə daha çox iş adamı və turistlərin gəlişini də nəzərə alsaq,  bir ölkə və xalqın imici üçün elementar davranış qaydalarına əməl olunmaması mənfi haldır.  Davranış qaydalarına əməl olunmaması yeniyetmə və gənclər arasında həm də müxtəlif ədavət və davalara da gətirib çıxarır. Bu da ümumilikdə cəmiyyətimizə ziyan vurur.  Bu səbəbdən də belə düşünürük ki, kənardan baxış kimi satirik video filmlərlə tənbeh etmək və doğru davraniş qaydalarını əyani şəkildə göstərmək daha səmərəli olacaq.

Layihənin məqsədi cəmiyyətimizi ictimai davranış qaydalarını riayət etməyə çağırış, bilməyənlərə isə bu qaydaları izah etməkdir. Bunun üçün əsas vəzifəmiz həmin problemləri əyani şəkildə göstərib, daha sonra həllini göstərməkdir. Necə davranmaq lazım olduğunu isə  layihə çərçivəsində çalışacaq ekspertlərimiz-pedaqoq və psixoloq məsləhəti əsasında göstərəcəyik.

Yeniyetmə və gənclərə etiket və davranış qayadalarını izah edən yumoristik  video sketçlərin çəkilişi və yayımı. Nəqliyyat, sinema,park və digər ictimai yerlərdə davranış qaydalarından bəhs edən  video çarxlar hazırlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə"Biz sizə öyrədərik!" layihəsinin təqdimatı keçiriləcək və video çarxlar nümayiş olunacaq. Daha sonra Youtube kanalında və sosial şəbəkələrdə yayılacaq.

. Layihə məqsədinə çatacağımıza əmink. Çünki problemin  audiovizual üsulla göstərilməsi və həlli daha effektifdir. Layihə çərçivəsində çalışan şəxslər maddi cəhətdən bəhrələnəcək və bu sahədə təcrübə əldə edəcəklər. Və gələcəkdə özləri bu cür layihələr hazırlaya biləcəklər. Layihə başa çatdıqdan sonra da yayılmış  maarifləndirici video çarxlar mütamadi olaraq ictimaiyyət tərəfindən baxılacaq.

 

Layihə rəhbəri: Zaur Seyidzadə

  




Tarix:21/10/2016     www.udpo.az saytı Geri