Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsi ikinci mərhələsinə yekun vuruldu.


Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsi ikinci mərhələsinə yekun vuruldu.

Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihəsi üzrə peşə kurslarının ikici mərhələsi üzrə  icrasını başa çatdırıb.

16 nəfər əlilliyi olan şəxslər kompüter kurslarına cəlb olunub. 

Sonra layihənin rəhbəri Səbinə Kərimova təlimlərin gedişatı barədə iştirakçılara məlumat verib. Kurslar həftədə 4 dəfə olmaqla davam edib. Təlim kurslarında əsasən iştirakçılara office proqramları  öyrədilib. İkinci  mərhələ də  iki ay davam edib və sonda 16 nəfər sertifikatla təmin olunub. 

Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda, fiziki məhdud şəxslərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul verəcək. 

Təlimçi Lamiə Bəşirova olmuşdur.

 




Tarix:5/10/2016     www.udpo.az saytı Geri