Əlilliyi olan şəxslər üçün peşə kurslarının 2-ci mərhələsi.


Şuranın dəstəyilə əlilliyi olan şəxslər üçün peşə kurslarının 2-ci mərhələsinə start verilib

“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” layihəsinin icrasını davam etdirir.
 
Peşə kurslarına 16 nəfər əlilliyi olan gənclər cəlb olunub. Kurslar həftədə 4 dəfə, gündə 2 dərs olmaqla 8 nəfər əlilliyi olan şəxslərin iştirakı ilə keçirilir. Kursda iştirakçılara ofis proqramları öyrədilir. Peşə kursları sentyabr ayının sonuna qədər davam edəcək və sonda 16 nəfərə sertifikat veriləcək. 
 
Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul verəcək.
 
 
 




Tarix:9/9/2016     www.udpo.az saytı Geri