Xaçmazda Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizə


“Əlil Qadınlar” cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizənin aparılması” layihəsini bölgələrdə davam etdirir.
 
qhtxeber.az-ın məlumatına görə, növbəti tədbir Xaçmaz rayonunda baş tutub. 
 
Tədbir məişət zorakılığı və erkən evlilik qurbanlarına keyfiyyətli – effektiv hüquqi və psixoloji yardımlar göstərməklə maarifləndirmə işlərinin aparılması, məişət zorakılığına məruz qalan insanların reablitasiya potensialını artırmaq məqsədilə keçirilib.
 
Layihə rəhbəri Məhluqə Rəhimova layihənin mahiyyəti haqında Dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib. 
 
Təlimçi Nəzakət Balabəyova təlim iştirakçılarının suallarına ətraflı cavab verib, hüquqşünas Fuad Məmmədov isə mövzu ətrafında çıxış edib. Dəyirmi masa iştirakçıları olan Xaçmaz rayon sakinləri müzakirələrə qoşularaq rayon ərazisində rast gəlinən bu kimi problemlərin qarşısının alınmasının həlli yollarının tapılmasına təkliflərlə çıxış ediblər.
 




Tarix:18/8/2016     www.udpo.az saytı Geri