Əlil arabasında idman rəqsi və Bouling idman növü üzrə yarışlar


Məlumat üçün bildiririk ki,  Belarusiya Respublikasının Minsk şəhərində Beynalxalq festival keçirilir. Beynalxalq festivalda çərçivəsində Əlil arabasında idman rəqsi üzrə və Bouling idman növü üzrə yarışlar keçiriləcək və həmçinin yarış iştrakçıları paraşutla 3500 metr hündürlükdən tullanacaqlar. Bu gün festivala start verilmişdir və festivalın ilk günündə Əlil arabasında idman rəqsi üzrə ölkəmizi təmsil edən idmançılarımız Vüsalə Kərimova və Fərid Mehtiyev "Kombi latin" və "Kombi fristayl" proqramında çıxış etdilər və hər iki çıxışda yüksək nəticələr göstərərək qızıl medala laiq görüldülər.
Festivalın ikinci günündə idmançılarımız Azadə Abdullayeva Vüsalə Kərimova və Bahar Şıxıyeva "Barovaya" aero-idman klubunda paraşutla 3500 metr hündürlükdən tullanacaqlar.
Qalib olan idmançılarımızı təbrik edirik, digər idmançılarımıza ugurlar arzulayırıq. 
 




Tarix:4/8/2016     www.udpo.az saytı Geri