Təhsil Nazirliyində QHT-lərlə informasiya görüşü


Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2016 cı il üzrə iş planına uyğun olaraq 04.07.2016-cı il tarixdə maarifçi QHT-lər üçün “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı informasiya görüşü təşkil etmişdir.

Görüşdə “Elektron hökumət” portalının imkanları və istifadəsi, Təhsil Nazirliyinin həyata keçirdiyi elektron xidmətlər və digər təqdimatlar olunmuşdur. Əlil Təşkilatları İttifaqı olaraq belə görüşlərin keçirilməsini vacib və əhəmiyyətli hesab edirik. Tərəfimizdən bu xidmətlərdən əlilliyi olan istifadəsinin asanlaşdırılması üçün təkliflər irəli sürüldü. Hesab edirik ki, vətəndaş cəmiyyətinin iştirakçılığının, şəffavlığın artırılmasının təmin olunması üçün bu tədbirlər bəhrəsini verəcəkdir. Bu təşəbbüsə görə Təhsil Naziri Mikayıl Cabbarova, Təhsi Nazirliyi institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarova, Nazirliyin aidiyyatı bölmələrinin əməkdaşlarına minnətdarlığımızı bildiririk.

 




Tarix:5/7/2016     www.udpo.az saytı Geri