qarabagheqiqetleri.com web-saytının təqdimatı


PRESS - RELİZ 02                                                              

         Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən 02  may 2016 – cı il tarixindən, 02 sentyabr  2016-cı il tarıxinə kimi, nəzərdə tutulmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət” layihəsini həyata keçirilir.

      Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət” layihəsi çərçivəsində yaradılmış qarabagheqiqetleri.com web-saytının təqdimat mərasimi keçirilib.

     Təqdimat mərasimində layihənin rəhbəri, Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqların, beynəlxalq qanunlara zidd olaraq ermənilər tərəfindən şəhər və kəndlərin, yaşayış məskənlərinin adları dəyişdirilərək erməniləşdirilmişdir. İşğalçı dövlətin təbliğat maşını dünyanın aparıcı mətbuatında, məşhur axtarış sistemlərində, vikipediyada Azərbaycan torpaqlarının “qədim Ermənistan” ərazilərinə aid olduğu barədə yalan məlumatlar yerləşdirilərək geniş təbliğ olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, separatçıların Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlarımızdakı şəhər və kənd adlarının dəyişdirilməsini əngəlləmək və əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün, qarabagheqiqetleri.com web-saytı yaradılaraq sayta, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini, yaxın və uzaq tariximiz haqqında tarixi əhəmiyyətli kitabları, sənədləri, materialları, Azərbaycan dilindən İngilis və Rus dillərinə tərcümə edərək yerləşdirib, elektron infоrmаsiyа bаnkı yаrаdılaraq dünya ictimaiyyəti arasında maarifləndirmə işləri aparılacaqdır.
  

 Təqdimat mərasimində iştirak edən QHT və mətbuat nümayəndələri çıxış edərək yeni yaradılmış qarabagheqiqetleri.com web-sayitı haqında öz fikirlərini və tövsiyyələrini bildirərək, ümid etdilərki ki, layihə və yeni yaradılan qarabagheqiqetleri.com web-sayt sahəsində görülən işlər, Azərbaycan Dövlətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı Dövlət siyasətinə beynəlxalq aləmdə ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəkdir.

 Davud Rəhimli

 




Tarix:1/7/2016     www.udpo.az saytı Geri