Əlilliyi olan şəxslərin məşğulluğu


Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsi davam edir

“Ülfət”Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrası üzrə peşə kursları davam edir.16 nəfər əlilliyi olan gənclər kompüter kurslarına cəlb olunub.Kurslar həftədə 4 dəfə olmaqla davam etdirilir.Gün ərzində 2 dərs olmaqla 8 nəfər əlilliyi olan şəxslər iştirak edir.Kursda office proqramları iştirakçılara mükəmməl olaraq öyrədilir.Birinci mərhələ iki ay davam edəcək və sonda 16 nəfər sertifikatla təmin olunacaq.Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq.Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək.Təlim kurslarının birinci mərhələsi iyun ayında başlayıb avqust ayına qədər davam edəcək.

Təlimçi Lamiə Bəşirovadır.

Layihə rəhbəri Səbinə Kərimova 

 

 




Tarix:28/6/2016     www.udpo.az saytı Geri