Reyhan İsgəndərli və Sevil İbrahim qızının yaradıcılıq gecəsi


Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin iki gözəl, istedadlı üzvü Reyhan İsgəndərli və Sevil İbrahim qızının yaradıcılıq gecəsi Sumqayıt şəhər “Kövsər” şadlıq evində təşkil olundu. Reyhan İsgəndərli, Sevil İbrahim qızının sözlərinə yazılmış mahnıların təqdimat mərasimində Sumqayıt şəhər  ziyalıları ilə birgə tədbirdə tanınmış yazıçılar,şairlər,müğənilər,QHT-rəhbərləri,dövlət  və KİV nümayəndələri iştirak etdilər. Tədbirdə Reyhan İsgəndərli  50 illik yubleyi münasibəti ilə "Əlil Təşkilatları İttifaqı", Əlil Qadınlar”Cəmiyyəti Sumqayıt şöbəsi və  “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin  xüsusi hədiyyə və diplomu ilə təltif olundu. ”Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt  şəhər şöbəsi üzvüləri də Reyhan və Sevil xanımı təbrik etdilər. Tədbir müğənilərin gözəl çıxışları ilə davam etdi.  






Tarix:18/6/2016     www.udpo.az saytı Geri