“Mənim Dünyam” adlı sərgi və konsert


15 iyun 2016-cı il tarixdə “Qurtuluş günü" münasibəti ilə “AAAF-PARK” Yaşayış və İstirahət Mərkəzində İstedadlı Əlillər ictimai birliyi fiziki məhdud istedadlı insanların “Mənim Dünyam” adlı sərgisin və konsertin təşkil etmişdir. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" adlı layhəsi çərçivəsində təşkil olunmuşdur. “Mənim Dünyam” adlı sərgi və konsert proqramında 20 müəllifin 300 ədəd əl işlərindən ibarət əsərlərin satış sərgisi və 5 nəfər əlilliyi olan istedadlı musiqiçilərin ifasında konsert proqramı təşkil olunmuşdur. İstedadlı Əlillər ictimai birliyinin sədri Cavad Qasımov Layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, “Tədbirin keçirilməsində məqsədimiz fiziki məhdud istedadlı insanların fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır. Qeyd edim ki, bu günkü sərgiyyə çıxarılan əsərlər müəlliflərin özlərinin iştrakı ilə satışa çıxarılıb”... Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Milli Paralimpiya Komitəsinin, Abşeron və İcra Hakimiyyətlrinin və Qeyri-Hökumət Təşkilatlarının rəhbərlikləri və nümayəndələri, İctimayyətin nümayəndələri, Ziyalılar, Xırdalan şəhərinin sakinləri və qonaqları iştrak etmişdir. Tədbir AAAF-PARK Yaşayış və İstirahət Mərkəzinin, Əlil İdmançılara Dəstək ictimai birliyinin və Əlil Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə təşkil olunmuşdur. Tədbirin iştrakçıları Fəxri Fərman və Diplomlarla təltif edilmişdir “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsinin rəhbəri; “İstedadlı Əlillər” İctimai Birliyinin sədri; Cavad Qasımov  

 

 






Tarix:16/6/2016     www.udpo.az saytı Geri