“Uşaqların sağlamlığını və sülhü qoruyaq”


“Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyi və “Leykemiya ilə mübarizə” İctimai Birliyi birgə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 3 iyun 2016 il tarixdə saat 16:00 – 19:00 da “Amazon” oteldə “Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı təbir keçirir. Tədbir hemofiliyalı və leykemiyalı uşaqların hazırladığı konsert proqramı çərçivəsində həyata keçirilmişdir.
Proqramda müxtəlif ölkələr (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Almaniya, Ərəbistan, Yaponiya, Hindistan, Ukrayna, İngiltərə) təbliğ olunacaq, milli rəqslər və mahnılar, şeirlər ifa olundu. Sonda hemofiliya və leykemiyalı uşaqlar diplomlarla təltif edilər.
 
Tədbirdə Ombudsman aparatı, Əlil Təşkilatları İttifaqı (ƏTİ), QHT, KİV nümayəndələri, valideynlər iştirak etdilər.
 
Davud Rəhimli 
  




Tarix:3/6/2016     www.udpo.az saytı Geri