“Mənim Dünyam”


 “Mənim Dünyam” eşitmə və nitq problemli uşaq və gənclər cəmiyyəti Abşeron rayonunda fəaliyyət göstərir. Cəmiyyətin əsas faliyyətindən cəmiyyət rəhbəri Cəmilə Abdulova qisaca məlumat verdi. 
“Abşeron rayonunda yerləşən “Mənim Dünyam” eşitmə və nitq problemli uşaq və gənclər cəmiyyətinin əsas məqsədi, eşitmə və nitqi problemli uşaq və onların valideynlərini bir araya gətirmək. Xüsusi qayğıya ehtiyaclı olan uşaqların valideynlərini marifləndirmək, onlarla mütəmadi goruşlər keçirtməklə, bu tip usaqlarla necə davranmalarını izah etmək. Eşitmə və danışma problemli uşaqlara xüsusi qayğının artırılması, cəmiyyətə inteqrasiyası, hüquq və vəzifələrinin qorunması, məqsədilə bu tip uşaqların problemlərini dovlət qrumlarına çatdırmaqda onlara yardım etməkdi. Bu tip uşaqların vaxtlarının səmərəli keçirilməsi, müxtəlif qrup şəklində məşqələlər, turlar, gəzintilər təşkil etmək bu cəmiyyətin məqsədlərinə daxildir.”
Bu səbəbdən 1 iyun uşaqlar günü ilə əlaqədar 30 eşitmə problemli uşağı, cəmiyyət “Megafan” əyləncə mərkəzinin dəstəyi və sponsorluğu ilə əyləncə mərkəzinə qonaq aparıb. Uşaqlar bu bayramda gəzib, əylənib və sonda cəmiyyət tərəfindən uşaqlara hədiyyələr payanılib.
C.Abdulova “Cəmiyyətimizə dəstək olan “Meqafan” əyləncə mərkəzinin rəhbərliyinə və bütün əməyi keçən hər bir kəsə xüsusi təşəkkürümüzü bildiririk” deyib. Və bu cür tədbir və gəzintilərin eşitmə problemi olan uşaqlar üçün çox önəmli olduğunu bildirib.  
 

 






Tarix:2/6/2016     www.udpo.az saytı Geri