Əlilliyi olan şəxslərin məşğulluğunun təmini


İlk 2 ay üzrə seçim turu yekunlaşdı. Təlim kurslarına start verildi.

“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrası üzrə seçim turunu başa vurdu. 16 nəfər əlilliyi olan gənc kompüter kurslarına cəlb olundu. Kurslar həftədə 4 dəfə olmaqla davam edəcək. Birinci mərhələ iki  ay davam edəcək və sonda 16 nəfər sertifikatla təmin olunacaq. Təlim kurslarının iştrakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbigi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. Təlim kurslarının birinci mərhələsi  iyun  ayında başlayıb avqust ayına qədər davam edəcək. 

 

 Layihə rəhbəri: Səbinə Kərimova

 




Tarix:28/5/2016     www.udpo.az saytı Geri