“Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu


“ƏST”İB – “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli  xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması”  layihəsinə start vermişdir.  Bu layihə çərçivəsində əlilliyi olan və imkansız şəxslər üçün təlim – tədris emalatxanaları yaradılacaq və yeni milli xalçaların toxunması, onların bərpası,  sənət növlərinin ustalıq sirlərinin əlilliyi olan insanlara aşılanması və bu hesaba onlar  emalatxanalarda daimi iş yerləri ilə təmin ediləcəklər.

Layihə təlimçi ustalar Azərbaycan Milli Xalçaçılıq sənətində imzasını təsdiq etmiş, incəsənət nümunəsi olan əsərləri ilə Dünya şöhrətli muzeylərini bəzəyən Əməkdar Xalçaçı rəssam Fazil Abasquluzadə və yüksək peşəkarlıq səviyyəsi ilə Azərbaycan Milli Xalçaçılıq sənəti nümunələrinə ilmə - ilmə həyat verib, yaşadan Xalçaçı usta  Rəmziyyə xanım Xəlilovadır.

 Layihə ilkin mərhələdə İsmayıllı rayonu və Sumqayıt şəhərində reallaşdırılacaq. Davamlılıq üçün, gələcəkdə mərhələlərlə Azərbaycan Respublikasının digər region və şəhərlərində də reallaşdırılması planlaşdırılmışdır.

 

“ƏST”İB Mətbuat Xidməti.

 




Tarix:25/5/2016     www.udpo.az saytı Geri