“Sağlamlıq imkanları məhdud olan insanlara dəstək”


Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” layihəsi başlayıb. Layihənin rəhbəri, Qarabağ müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında məlumat verərkən bildirib ki, məqsədimiz sağlamlıq imkanları məhdud olan insanlara tibbi, psixoloji və hüquqi yardımlar göstərməkdir. Azərbaycan qanunvericiliyində sağlamlıq imkanı məhdud olan şəxslər üçün kifayət qədər güzəşt və imtiyazların nəzərdə tutulduğunu vurğulayan Dadaş Quliyev qeyd edib ki, reallaşdırılacaq layihə çərçivəsində tibbi müayinəyə, müalicəyə, psixoloq xidmətinə, eyni zamanda hüquqi xidmətlərə eytiyacı olan əlillərə dəstək göstəriləcək. Layihə boyu çalışılacaq ki, əlillərin problemlərinin həll edilməsinə çalışılsın və əlil vətəndaşların bir daha problemlər yaşamaması üçün konkret nəticələr əldə edilsin. İctimai Birlik atrıq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi və digər əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlayıb. Dadaş Quliyev Azərbaycan Prezidenti yanında QHT Şurasının sağlamlıq imkanları məhdud olan insanlarla bağlı zəruri və aktual layihələri həmişə maliyyələşdirdiyini, öz dəstəyini göstərdiyini və start verilən layihənin 6 (altı) ay ərzində – 15 maydan 15 noyabradək – davam edəcəyini bildirib. Layihə ilə bağlı əlillər Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 96 ünvanında yerləşən VFHM İctimai Birliyinə müraciət edə, (050)-501-07-70, (012)-596-87-40 saylı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Onu da qeyd edək ki, hərəkət imkanı tam məhdud olan əlillərin müraciətlərinə əsasən VFHM İctimai Birliyi özü birbaşa ünvana gedəcək. 

 




Tarix:23/5/2016     www.udpo.az saytı Geri