Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi


“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrasına başlamışdır.
 
Layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiya olunması üçün məşğulluğunun təmin edilməsi, onların sosial aktivliyidir. 
 
Layihə çərçivəsində iştirakçıların yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, təhsil və peşə  problemlərinin həll olunması yönündə işlərin görülməsi nəzərdə tutulur.
 
QHT əlilliyi olan insanları adıçəkilən layihədə iştirak etməyə dəvət edir. 
Əlaqə üçün: Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104. 2-ci məhəllə, Sumqayıt Mehmanxanası. 
Email : ulfetqht@gmail.com; elli.az@mail.ru
Əlaqə tel : (994) 18 655 24 95; (994) 50 573-25-07
 
 




Tarix:12/5/2016     www.udpo.az saytı Geri