Yol-nəqliyyat qəzalarina qarşi mübarizə!


YOL-NƏQLIYYAT QƏZALARINA QARŞI MÜBARIZƏ!

                                                             

          Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə  kampaniyasının təşkili” layi­hə­sinin icrasına başladı. 

        Layihənin drektoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanın magistral və mərkəzi avtomabil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiyyə edib yol hərəkət qaydalarını pozan sürücülərə qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəsdək verməkdir.

       ƏZİZ VƏTƏNDAŞLAR! Təsadüfləri nəzərə almasaq, çox şey bizdən–səndən, məndən, hər birimizdən asılıdır… Çalışaq yol qurbanı olmayaq. Siz də, yol qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın və düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı.  Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələrinidə qorumaq və qayğısına qalmalıyıq… Çünki bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir. Bu problem ictimayyəti narahat edən ən aktual və təhlükəli problemlərdən biridir.

     Əziz sürücülər! Unutmayın ki, sizin ani səhlankarlığınız, özünüzün və başqalarının həyatını alt-üst edə bilər! Unutmayin ki, sizin yolunuzu gözləyirlər!

      Layihə çərçivəsində həmçinin, avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzləri ilə əməktaşlıq edərək, onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və ehtiyacı olanlara müalicə və sosial bərpaetmə məsələlərinə hüquqi köməklik göstəriləçəkdir.

      Əziz vətəndaşlar əgər baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, üzləşdiyiniz tibbi-sosial problemlər varsa bizə müraciət edin.   Qaynar xətt +994 055 210 9716.   

 

                                        

                  

                            Davud RƏHİMLİ

 




Tarix:12/5/2016     www.udpo.az saytı Geri