"Layihə Univerisiteti" təlim-kursları


10 may 2016-cı il tarixdə İstedadlı əlillər ictimai birliyi Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində Mərkəzin üzvlərinə "Layihə Univerisiteti" təlim-kurslarının açılışını təşkil etdi. Tədbirin aşılışını Mərkəzin Derktoru Rahilə xanım Həsrətova açaraq keçiriləcək təlim-kurslarının əhəmiyyətindən danışdı. Sonra İstedadlı Əlillər ictimai birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov çıxış edərək iştrakçılara geniş məlumat verdi.Qeyd etdi ki, “Təlim kurslarında iştrakçılara layihə yazmağın qaydaları öyrədiləcək. Kursları təşkil etməkdə məqsəd fiziki məhdud gənclərin həyata keçirtmək istədikləri ideyalarını sərbəst qaydada layihə şəkilində gerçəkləşdirmələrinə dəstək olmaqdır. Belə ki, iştrakçılar gələcəkdə fərdi qaydada layihə müsabiqələrində iştrak edərək arzu və ideyalarını reallaşdıracaqlar. Təlim kurslarda əsasən Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının və Prezident Yanında Gənclər Fondunun layihə qaydalarının şərtləri və prinsipləri iştrakçılara öyrədiləcək. Təlim kurslarının nəticələrinin iştrakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq və təsvir etdiyi problemin həllinə tərtib etdiyi layihə çərçivəsində nail olacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştrakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. Təlim kursları ilkin mərhələdə iki ay olacaq”. Kursları layihənin təlimçisi Sabina Kerimova keçəcək. Təlimin yekununda iştrakçılara sertifkatlar veriləcək 

 




Tarix:10/5/2016     www.udpo.az saytı Geri