5 may - Avropa əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi günü


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “Sputnik” Multimedia Mətbuat Mərkəzində

5 may - Avropa əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi gününə olunmuş "Əlilliyi olan şəxslərin aktual problemləri və onların həlli yolları" mövzusunda mətbuat konfransı və ƏTİ-nin XIV Ümumi yığıncağını keçirtdi.

Tədbirdə əlillik sahəsində vəziyyət, gürülmüş işlər, problemlər və onların həlli yolları haqqında məlumat verildi. Qeyd olundu ki, Respublikamızda əlilliyi olan insanların sosial, hüquqi prblemlərinin həlli istiqamətində işlər görülür. Bununla yanaşı əlilliyin dərki, əlilliyə görə verilən social müavinatlar, maneəsiz ətraf mühitin olmaması, təhsil, məşğulluq və digər sahələrə çıxışın olmaması, kadr çatışmazlığı hazırda əsas problemlərin olduğu qeyd olundu.

 Sonra Əlil Təşkilatları İttifaqının (ƏTİ) Ümumi yığıncağı keçirildi. İclasa ƏTİ-nin idarə heyətinin sədri Gülnarə Hüseynova sədrlik etdi. Təşkilatın prezidenti Davud Rəhimli hesabat dövrü ərzində görülmüş işlər barədə hesabat verdi. Bundan sonra NTK-nın hesabatı dinlənildi. Yşğıncaqda üzvlük məsələləri üzrə müzakirələr oldu. Əlil Qadınlar cəmiyyətinin Sumqayıt Regional şöbəsinin sədri Səbinə Kərimova yekun qətnaməni və onda irəli gələn Fəaliyyət planını iştirakçıların nəzərinə çatdırdı.

ƏTİ-nin hesabat dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirildi, yeni 5 təşkilatın üzvlüyü təsdiq edildi və qətnamə qəbul olundu.  

Tədbirin yekununda jurnalistlərin sualları cavablandırıldı.

 

 




Tarix:5/5/2016     www.udpo.az saytı Geri