Əlil Təşkilatları İttifaqının (ƏTİ) bəyanatı.


        Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı 1990-cı ildən davam edir. Bunun nəticəsində Azərbaycanın 20% ərazisi işğal olunmuş, bir milyona yaxın insan öz doğma yurdlarından didərgin düşmüş, on minlərlə insan şəhid olmuş və yaralanmışdır. İşğal altinda olan ərazilərdə təbii, maddi, mədəni sərvətlər dağıdılmış və talan olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi işğal olunmuş Azərbaycan ərazilərini qeyri-şərtsiz boşaltması, yerli mülki əhalinin bu torpaqlara qayıtması və burada dinc birgəyaşayışı təmin etmək haqqında dəfələrlə qətnamə və qərarlarına məhəl qoymayaraq işğalçı Ermənistanın hakimiyyəti havadarlarının dəstəyi ilə çirkin əməllərindən əl çəkmirlər.

     Problemin həllinə dəstək məqsədi ilə ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə yaradılmış yaradılmış ATƏT-in Minsk Qrupu fəaliyyəti dövründə məqsədlərinə uyğun əməli addım atmamaqla öz bacarıqsızlığını göstərməkdə davam edir.

       Azərbaycan tərəfinin problemin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq müstəvisində, öz öhdəliklərinə sadiq olaraq həll olunması istiqamətində sülhpərvər cəhdlərinə baxmayaraq, Ermənistanın təxribatları davam edir.

 

      2 aprel 2016-ci il tarixdə Ermənistan Silhalı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində təmas xətti boyunca növbəti təxribata əl ataraq, ağır artileriyadan, iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini atəşə tutmağa başlamışlar.

     Bunun nəticəsində əraziyə yaxın kəndlərdə yaşayan dinc sakinlər həlak olmuş, yaralanmış, mülki obyektlərə və əhalinin təsərrüfatına xeyli zərər vurulmuşdur. Bu təxribat və hücum əməliyyatlarının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalmışdır.

       Azərbaycan bu dəfə də sülhpərvər missiyasına uyğun olaraq təmas xəttində birtətəfli qaydada atəşkəs elan etməsinə baxmayaraq, Ermənistan tərəfi təxribatı bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi bu dəfə də məsuliyyət Ermənistanın kriminal rəhbərliyinin üzərinə düşür.

       Əlil Təşkilatları İttifaqı (ƏTİ) 40-dan çox, o cümlədən Ermənistanın işğalçılıq siyasəti nəticəsində əlil və şəhid olmuş insanların birləşdikləri təşkilat olaraq, separatçı qüvvələrinin təxribatçı əməllərini kəskin pisləyir, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını tələb edirik.

BMT, Avropa Birliyi, beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti bu işğala biganə qalmamağa, ədalətin təmin olunmasına, Azərbaycanın işğal olumuş ərazilərinin heç bir şərtsiz azad edilməsi istiqamətdə həmrəylik nümayiş etdirməyə çağırırıq”.

 




Tarix:5/4/2016     www.udpo.az saytı Geri