Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi


09 fevral 2016 – cı il tarixdə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi yüksə səviyyədə qeyd olundu. Tədbirlərdə  Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven iştirak etmişdir. Həqiqətən bu illlər ərzində idmanın inkişafı, əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi sahəsində  milli və beynəlxalq səviyyədə böyük uğurlar qazanılmışdır. 9 fevral 1996-cı ildə Gənclər və İdman Nazirliyində keçirilən təsis konfransında Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin sədri kimi mən də iştirak edirdim və təsisçilərdən biri idim. Fəaliyyətinin ilk illərində Komitəyə məşqlərin, yarışların keçirilməsində, beynəlxalq yarışlarda iştirakda təşkilatımız tərəfindən mümkün təşkilatı və maddi dəstək verirdik.  Hazırda MPK-sinə dövlət dəstəyi və eyni zamanda müxtəlif təşkilatlar tərəfindən yardım göstərilir. Çətin və şərəfli işlərində ARMPK-nın rəhbərliyinə, əməkdaşlarına və paralimpiyaçılarımıza yeni uğurlar arzulayırıq.  

 

Davud Rəhimli

 




Tarix:10/2/2016     www.udpo.az saytı Geri