Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub


Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub 
Fev 02, 2016

28 yanvar 2016-ci ildə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub. Veriliş zamanı Davud müəllim inklüziv təhsillə əlaqədar Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar, qəbul etdiyi qanunlar və hal-hazırda Azərbaycanda əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər haqqında danışıb. Davud müəllim söhbət zamanı əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması üzrə Azərbaycanda görülən işlər haqqında da məlumat verib. O, həmçinin “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali Təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi haqqında danışıb və layihə çərçivəsində həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan fəaliyyətlər haqqında da tamaşaçılara məlumat verib.

Tam verilişə aşaığdakı link vasitəsilə baxa bilərsiniz:

http://www.apa.tv/cast/83/26693






Tarix:2/2/2016     www.udpo.az saytı Geri