Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.


Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.
 
Tədbirdə QHT təmsilçiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 2015-ci il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyən sədr Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyaların müşahidə edildiyini vurğulayıb.
 
Qeyd edilib ki, ötən il də Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib.
 
Hesabat məruzəsi ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ötən il qurumun 23 iclas keçirdiyini deyib. Bildirib ki, ötən il “Vətəndaş cəmiyyəti” jurnalının 12 nömrəsi işıq üzü görüb, Şuranın hər gün yenilənən www.qhtxeber.az saytına aylıq giriş təxminən 70 min təşkil edib. Qurum 2015-ci ildə müxtəlif mövzulara həsr olunan, 50-dən çox rayonun QHT-lərinin iştirak etdiyi 12 tədbir keçirib, 300 QHT-yə konsultativ xidmət göstərilib. On altı beynəlxalq təşkilatın nümayəndəsi ilə Şurada görüş keçirilib. Ötən il Şuraya 819 layihə təklifi daxil olub.(AZƏRTAC)
 
Hesabat konfransında Şuranın 2015-ci ildə maliyyələşdirdiyi layihələr haqqında kitabın da təqdimatı olub.
 
 




Tarix:19/1/2016     www.udpo.az saytı Geri