“Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”


15-17 yanvar 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində konfrans keçirilib.

 

Tədbirin əsas məqsədi layihə, görülmüş işlər haqqında ictimai məlumatlandırmanın aparılması olmuşdur. Qeyd edilib ki, mövcud problemlərlə bağlı ilkin müzakirələrin aparılması, bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiqi, yerli tərəfdaş universitetlərdə “Əlilliyi olan tələbələr üçün mərkəz”lərin yaradılması qarşıda duran əsas vəzifələrdir.

Bundan sonra təşkil olunmuş seminarda partnyor təşkilatlar tərəfindən yerinə yetirilmiş, nəzərdə tutulan fəaliyyətlərə aid təqdimatlar olunmuşdur. Müzakirələrin yekunu olaraq layihənin effektli yerinə yetirilməsi üçün tədbirlər planı təsdiq olunmuşdur.

Tədbirlərdə layihənin milli partnyorları: Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  və Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqının (ƏTİ),  Gəncə Dövlət Universitetinin, yerli icra hakimiyyəti orqanları, QHT nümayəndələri, əlilliyi olan şəxslər iştirak etmişlər.

 

 

Davud Rəhimli

 




Tarix:18/1/2016     www.udpo.az saytı Geri