“Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi”


“Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi”

2015-ci il dekabr ayının 8-də -“NARGİS” Nəşriyyat Evinin təşkilatçılığı ilə “Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi” adlı Yeni İl Xeyriyyə marafonu Autizm Defektoloji və Psoxoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzəmfərqızı ilə birlikdə autizm sindromlu və digər nevropsixoloji sindromdan əziyyət çəkən uşaqlar üçün Autizm Mərkəzinin həyətində qarşıdan gələn Yeni il şənliyini keçirtdilər. 
Xeyriyyə Fondunun təşkilatçıları sürprizlərlə dolu görüş təşkil edib, uşaqları maraqlı oyunlarla əyləndirərək yeni il hədiyyələri ilə sevindirdilər.Uşaqlar üçün möcüzəli bir qış səhnəsini yaradan heyyətin üzvləri özlərini uşaqlarla bir an nağıl dünyasında hiss edib onlarla birlikdə əyləndilər.Tədbirin sonunda uşaqlara isti qış geyimləri təqdim edildi və xatirə şəkilləri çəkildi. 
Qeyd edək ki,Fond 50 -ə yaxın autizm sindromundan və digər nevropsixoloji sindromlu uşaqlara yardım əlini uzatdı. Fondun heyyəti onların əylənməsi və bayram əhval-ruhiyyəsini anlaması üçün çalışdılar .“NARGIS” Nəşriyyat Evinin Fondu ənənəvi olaraq hər il yeni il ərəfəsində ehtiyacı olan uşaqları,qocaları , və kimsəsiz insanları sevindirir. 
Tədbirə bir sıra dövlət və beynəlxalq təşkilatların, Azərbaycandakı xarici səfirliklərin nümayəndələri ,KİV nümayəndələri və s.qonaqlar da iştirak edirdii.

 

Davud Rəhimli

 




Tarix:10/12/2015     www.udpo.az saytı Geri