BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri.


BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri.  

 


1. Dünyanın hər bir yerində yoxsulluq və onun bütün formalarına son qoymaq;

2. Aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını

    təbliğ etmək;


3. Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ

    etmək;


4. İnklyüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını

    təbliğ etmək;
5. Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini

    artırmaq; 
6. Hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin

    etmək;
7. Hər kəs üçün əlverişli, etibarlı, dayanıqlı və müasir enerjiyə çıxışı təmin etmək;
8. İnklyüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar

    məşğulluğu təbliğ etmək;
9. Möhkəm infrastruktur yaratmaq, inklyüziv və dayanıqlı sənayeləşməni və

    innovasiyanı təbliğ etmək; 
10. Ölkələrarası və ölkədaxili qeyri-bərabərliyi azaltmaq;
11. Şəhərləri və digər insan yaşayış məskənlərini inklyüziv, təhlükəsiz, möhkəm və

      dayanıqlı etmək;
12. Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək;
13. İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təcili addımlar

      atmaq;
14. Dayanıqlı inkişaf üçün okean, dəniz və digər su hövzələrini qorumaq və onlardan

      düzgün istifadə etmək;
15. Ekosistemlərin dayanıqlı istifadəsini müdafiə, bərpa və təbliğ etmək, meşələri

      dayanıqlı idarə etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaq deqradasiyasının

      qarşısını almaq və dayandırmaq, o cümlədən biomüxtəliflik itkisini dayandırmaq;
16. Dayanıqlı inkişaf uğrunda sülhsevər və inklyüziv cəmiyyəti təbliğ etmək, hər kəs

      üçün ədaləti təmin etmək, və bütün səviyyələrdə səmərəli, məsul və inklyüziv

      institutları yaratmaq;
17. İcra vasitələrini möhkəmləndirmək və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı

      canlandırmaq.

 

Davud Rəhimli

 

 




Tarix:2/12/2015     www.udpo.az saytı Geri