"Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği"


 Azərbaycan Respublikasıının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə  "Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği"  layihəsi həyata keçirilmişdir. 3 ay davam edən layihədə 8 iştirakçıya videoçəkiliş və montajın əsas prinsipləri öyrədilmişdir. Yeni biliklərə yiyələnən təlim iştirakçıları öz yazdıqları ssenarilər əsasında şəhər mədəniyyətinə zidd olan hərəkətləri qınağa səsləyən sosial çarxlar çəkmiş və montaj etmişlər. İştirakçıların hazırladığı videoçarxlar sosial şəbəkələrdə #EtikOl adı ilə paylaşılacaq.

Tədbirin aparıcısı Duyğu İctimai Birliyinin sədri Təranə Musayevadır. T.Musayeva sosial çarxlarda bəhs edilən mövzuların gündəlik həyatda nə dərəcədə aktual olduğundan, urbanizasiya gedən dövrdə şəhər mədəniyyətinin özündə ehtiva edən davranış qaydalarının əhali arasında təbliğinin vacibliyindən danışacaq. 

Təqdimatda Azərbaycan Respublikasıının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi  Şurasının, Azərbaycan Turizm və Menecment Universitetinin, bir sıra QHT-lərin nümayəndələri və tələbələr iştirak edəcəklər.

Duyğu Sosial Reabilitasiya İctimai Birliyi Sizi "Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği" Layihəsinin yekun təqdimatına dəvət edir.

27 Noyabr, saat 11.00-da Azərbaycan Turizm və Menecment Universitetinin  akt zalında baş tutacaq təqdimatda şəhər mədəniyyətini təbliğ edən videoçarxlar izləniləcək.    Təbdir saat 12:00-da yekunlaşacaq.

 




Tarix:23/11/2015     www.udpo.az saytı Geri