Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən, “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et” layihəsinin yekun iclas keçirildi.
Layihənin rəhbəri Tofiq Əzizov çıxış edərək, həyata keşirilən layihə çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumat verərək bildirdi ki, layihədə nəzərdə tutulmuş, tədbirlər planına uyğun olaraq, 20 sentyabr 2015-ci il tarixində layihəyə cəlb olunmuş təbliğat–təşviqat iştirakşıları üçün təlim kursu, 15 oktyabr 2015-ci il tarixində Yasamal rayonu, Qədirli küçəsi 27 ünvanda yerləşən 161 saylı Tam Orta məktəbin binasında fəaliyyət göstərən, Şuşa şəhər Hümanitar Kolecində tələbələr üçün, 19 oktyabr 2015-ci il tarixində Nizami rayonu, Bakı şəhəri Ə.Əzimzadə küçəsi 4 ünvanda yerləşən 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların Seçki Dairəsinində məntəq sədirləri və fəalları üçün, 20 oktyabr 2015-ci il tarixində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhər Malıbəyli Musiqi məktəbində, Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların gəncləri üçün və 25-26 oktyabr 2015-ci il tarixində, Nizami rayon, Məshəti küçəsi 22-ünvanda, Nizami və Xətai rayonların gəncləri üçün, “Gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti” mövzusunda marifləndirmə seminarları keçirilərək,
vətəndaşlara xususilədə yeniyetmə və gənclərə seçki hüququ izah edilərək, 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə vətəndaşların fəallığının artırılmasına və aktiv iştirak etməsi üçün təbliğat- təşviqat işləri aparıldı.
Keçirilmiş bütün seminarlarda, 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların Seçki Dairəsinin sədri Vahid Abbasov, m’sul katibi İsrafil Əliyev, Şuşa şəhər İdman və gənclər İdarəsinin rəisi Nadir Bayramov və 124 saylı dairənin seçki məntəqələrinin əməkdaşları yaxndan iştirak edərək, xüsusi qrup kimi gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti ilə bağlı çıxış edib, gənclərin 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə fəal iştirakını təşkil etmələri üçün ətraflı məlumat verərək seminar iştirakşılara öz tovsiyələrin verdilər.
“Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et” layihyəsi, 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçki ərəfəsində olduğu və seçkiyə dəsdək verdiyi üçün ictimayyət arasında müsbət qarşılandı.