Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təhsil alan gənclər üçün təlim keçirilib.


 Mirzə Ələkbər Sabir Fondunun təşəbbüsü, “Arabaçı TV”-nin təşkilati dəstəyi ilə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində orada təhsil alan gənclər üçün təlim keçirilib.
 
qhtxeber.az-ın məlumatına görə, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova iştirakçıları salamlayaraq  sağlamlıq imkanları məhdud gənclər üçün bu kimi tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, belə görüş və təlimlərin baş tutması mərkəzdə təhsil alan gənclərdə özünəinam hissini daha da artırır.  
 
Sonra qhtxeber.az saytının baş redaktoru, tanınmış təlimçi Sənan Nəcəfov özünəinamın artırılması, motivasiya, mükəmməl ünsiyyətin qurulması mövzularında seminar keçib. 
 
Seminar iştirakçıların böyük marağına səbəb olub. Gənclər təlimdən zövq aldıqlarını bildiriblər, onları maraqlandıran suallara cavab alıblar. 
 
Davud 
 
 
 




Tarix:11/11/2015     www.udpo.az saytı Geri