“Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et”


PRESS - RELİZ 04

 

           Bakı şəhəri:                                                                20   oktyabr 2015-ci il.

 

      Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et”   layihəsi silsilə tədbirləri ilə davam edir.

     Lahiyədə  nəzərdə tutulmuş,  tədbirlər planına uyğun olaraq növbəti tədbir 20  oktyabr 2015-cü il tarixində   Sabunçu  rayonu, Ramana qəsəbəsi, Şuşa şəhər Malıbəyli Musiqi məktəbində,  Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların gəncləri üçün “Gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti”  mövzusunda marifləndirmə seminarı keçirildi.

      Lahənin rəhbəri Tofiq Əzizov  layihənin əsas məqsədi haqqında məlumat verərək  bildirdi ki, ləyihə çərçivəsində vətəndaşlara seçki hüququnun izah edilməsinə, seçkidə vətəndaşların fəallığının artırılmasına yönəlib. Müasir siyasi proseslər çərçivəsində müstəqil Azərbaycanda mövcud demokratik sistemin daha da gücləndirilməsi və qorunub saxlanılması üçün vətəndaşların ölkəni idarə edən elitanın seçilməsində aktiv iştirak etməsi mühüm rola malikdir. Bunu nəzərə alaraq layihədə vətəndaşların seçkiyə daha aktiv cəlb edilməsi üçün müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulub.

     Seminarda 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların Seçki Dairəsinin sədri Vahid Abbasov, katibi Israfil Əliyev, Şuşa şəhər İdman və gənclər İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon YAP Gənclər Birliyinin sədri Yapon Hacıyev, Şuşa şəhər Malıbəyli kənd ərazi nümayəndəsi Müzfəhər Babayev və  lahənin rəhbəri Tofiq Əzizov  çıxış edərək, xüsusi qrup kimi gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilərək gənclərin 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə fəal iştirak etmələri üçün ətraflı məlumat verərək tələbə gənclərə öz tovsiyələrin verdilər.  

 

Davud

 

“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”

          İctimai Birliyinin mətbuat xidməti   

 




Tarix:20/10/2015     www.udpo.az saytı Geri