“Birlikdə həyat şəraitinin yaxşılaşmasına doğru – BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın qəbul olunması təcrübə və nəticələri”


1-5 oktyabr 2015-ci il tarixdə Gürgüstanın paytaxtı Tiflis şəhərində Beynəlxalq Əlil Təşkilatlar Birliyinin mülli assambleyalarının rəhbərlərinin “Birlikdə həyat şəraitinin yaxşılaşmasına doğru – BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın qəbul olunması təcrübə və nəticələri” mövzusunda forumu keçirilmişdir. Forumun əsas məqsədi Konvensiyanın yerinə yetirilməsinə əlilliyi olan şəxslərin və müvafiq təşkilatlarının bacarıqlarının artırılmasıdır. Tədbirdə Azərbaycanı Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli təmsil etmişdir. O, Konvensiyaya qoşulma, onun yerinə yetirilməsi istiqamətlərində Azərbaycan təcrübəsi barədə təqdimat etmişdir. Qeyd edək ki, adı çəkilən Konvensiya 2006-cı ildə qəbul olunmuş, Azərbaycan Konvensiya və Əlavə Protokolu  02 oktyabr 2008-ci ildə imzalamış, 29 yanvar 2009-cu ildə ratifikasiya etmişdir.

 




Tarix:5/10/2015     www.udpo.az saytı Geri