“Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili”


                                                       E L A N                

 

  “Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili”   layihəsini həyata keçirir. Layihənin yekunu olaraq 02 oktyabr  2015-ci il tarixində saat 11:00-da  “Qafqaz Point Hotel”nin 6-cı mərtəbəsində yerləşən akt zalında yekun dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada rayonlarda olan ictimai müzakirələrin və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlərin və regionlarda yaşayan insanların sosial hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair hazırlanmış tövsiyyələr müzakirə ediləcəkdir. Müzakirələrdə dövlət qurumlarının nümayəndələri, QHT və KİV nümayəndələrinin, sosial hüquqlarla bağlı təşkilatların iştirakı gözlənilir.

Bununla əlaqədar olaraq Sizi həmin yekun dəyirmi masada iştirak etməyə dəvət edirik. Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk.

    

 

“Ünvan: Bakı şəh., Yasamal ray. K.Kazımov küç., 118, 560-cı məh (Mərkəzi Dənizçilər Xəstəxanasının yanı)

 

 

Hörmətlə,                                                                                   
"Sosial Hüquqların Araşdırılması"

 İctimai Birliyinin (SHAİB) sədri                                                                        prof. Mayis Əliyev                                                                                                                                                                                                 
 

 




Tarix:26/9/2015     www.udpo.az saytı Geri