Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.


19/7/2019 Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

9 -19 iyul 2019 – cu il tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir. Forumda Azərbaycandan hə hökumət, həm də qeyri-hökumət təşkilatları nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabat barədə təqdimatla çıxış edərək, son dövrlərdə ölkəmizdə inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsiplərinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə fəaliyyətin tənzimlənməsi və məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsi barədə ətraflı məlumat verib. Eyni zamanda, nümayəndə heyətinin rəhbəri Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb.

Forumda Vətəndaş Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ cəmiyyəti adından təkliflərini təqdim etmiş və müzakirələrdə iştirak etmişdior.

Forum ərəfəsində dünya ölkələrindən seçilən və formalaşdırılan “Maraqlı tərəflər qrupuna” Azərbaycandan Davud RƏHİMLİ təmsil edir. Bu qrupun iki görüşü keçirilmiş, təşkilati məsələlər və gələcək fəaliyyətlər müzakirə olunmuşdur. 

Eyni zamanda BMT-nin Baş Qərargahında UN DESA- nın İnkluziv Sosial İnkiçaf Departamentinin direktoru Daniella Bas, Oleq Serezin və əməkdaşları, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə əməkdaşlığa dair müzakirələrimiz oldu. Bu il Bakıda BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya və Davamlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar əldə olunmuş qərarın detalları müzakirə olundu.

 

 






Tarix:19/07/2019     www.udpo.az saytı Geri