“Hamı üçün bərabər imkanlar – Universal Dizayn və infrastrukturun monitorinqi”


PRESS RELİZ № 02/L

 

Bakı  şəhəri                                                                                     31 avqust  2015-ci il

           

“Hamı üçün bərabər imkanlar –

Universal Dizayn və infrastrukturun monitorinqi”

Dəyirmi masa

 

          Azərbayca Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hamı üçün bərabər imkanlar - Universal Dizayn Mərkəzinin yaradılması və infrastrukturun monitorinqi”  layihəsinin icrasını başa çatdırmışdır.

       Layihənin fəaliyyət planına uyğun olaraq yekun tədbiri keçiriləcəkdir:

 

Mövzu: “Universal Dizayn hamı üçün – nəticələr və perespektivlər”

Tarix: 04 sentyabr 2015-ci il, 11.00 – 13.00

Yer: Beynəlxalq Mətbuat Mərkəzi

Ünvan: AZ1073,Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23

Теl: 012 537 16 13; 050 245 94 94

Format: Çıxışlar, təqdimat (o cümlədən saytın) və nəşr şəklində olacaqdır

 

      Azərbaycanda yeni tətbiq olunmağa başlanan “Universal Dizayn” haqqında və bu istiqamətdə fəaliyyətlər barədə məlumat veriləcək, təqdimat olacaqdır.

      Tədbirdə hökumət, QHT, KİV və Media nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı nəzərdə tutulmuşdur.

  




Tarix:31/8/2015     www.udpo.az saytı Geri