"Qüsursuz sənət"


Bu gün 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sevinc Cahangirlinin "Qüsursuz sənət" adlı layihəsi üzrə təşkil olunmuş tədbirdə iştirak etdim. Tədbirin təşkilinə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə xanım Həsrətova və Arabaçı TV MMC-nin sədri İlham Məhərrəmov dəstək vermişlər. 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Ömər Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi, ekspert Gahancir Qocayev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və digər hökumət, QHT nümayəndələri iştirak edirdi.   

Məqsəd layihədə vəzifə olaraq qoyulan tamaşalarda gənclərin yaratdıqları obrazlarla bacarıqlarını nümayiş etdirməsi üçün fiziki məhdudiyyətin mane olmadığını diqqətə çatdırmaqdır. Bu çox maraqlı, inovativ bir ideyaya malik və yüksək səviyyədə icra olunan bir layihədir.

Artıq 25 ildən artıq bir müddətdə (1990-ci ildən) tədbirin keçirildiyi ünvanda müxtəlif tədbirlərdə iştirak etmiş və ya təşkilatçısı olmuşam.   Bu tədbir də növbəti uğurlu tədbirlərdən biri oldu.

Qeyd etmək lazımdır ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümunəvi müəssisələrindən biridir. Burada Respublikanın müxtəlif bölgələrindən olan əlilliyi olan gənclərimiz üçün maksimum şərait yaradılmışdır. 

 




Tarix:25/8/2015     www.udpo.az saytı Geri