Əlil Qadınlar cəmiyyəti - “Məişət zorakılığı ilə mübarizə: Qanunlar”


Şəhərin Xan bağında cəmiyyətin üzvləri məişət zorakılığı ilə mübarizə layihəsi çərçivəsində ictimai fəallığı artırmaq üçün vətəndaşlara kitab və disklər paylayıb. “Məişət zorakılığı ilə mübarizə: Qanunlar” adlı kitab barədə ətraflı məlumatlar verilib. Nəşr Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə  Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti tərəfindən hazırlanıb. Məişətdə zorakılıqla qarşılaşan vətəndaşın hüquları eləcə də qanunlar, törədilən zorakılığa görə qanun çərçivəsində nə kimi addımların atılması izah edilib. Aksiya şəhərdə insanların sıx olduğu ərazilərdə də keçirilib.

 

Tədbirlər Ağstafa və Qazax rayonlarında da keçirilmişdir

 




Tarix:16/7/2015     www.udpo.az saytı Geri