Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə


“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsi çərçivəsində növbəti təlim keçirib. Təlimi giriş sözü ilə açan SHAİB-nin sədri, layihənin koordinatoru, prof. Mayis Əliyev layihə və sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyət prinsipləri haqqında, layihə başladıqdan sonrakı müddətdə müraciətlər və onların mahiyyəti barədə məlumat vermişdir. Təlimi aparan hüquqşünas- ekspert, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Ağamalıyev slaydlar vasitəsilə iddia ərizəsinin tərtibi ilə bağlı qanunvericiliyin tələbələrini, müxtəlif iddia ərizələrinin formalarını və məhkəməyə müraciət etmə qaydalarını izah etmişdir. Sonra təlimin mövzusu ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilmiş və hüquq klinikasına müraciət etmiş II qrup əlil, əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış Əliyev Faiq Baxış oğluna konkret hüquqi yardım göstərilmişdir. (Davud Rəhimli)

 




Tarix:22/6/2015     www.udpo.az saytı Geri