Əlil Təşkilatlar İttifaqı Avropa Parlamentinin və Roma Papasının I Fransiskin qondarma ermən soyqırımı ilə bağlı qəbul etdiyi qərarı pisləyən bəyanat yayıb.


 

    Əlil Təşkilatlar İttifaqı  Avropa Parlamentinin və Roma Papasının I Fransiskin  qondarma ermən soyqırımı ilə bağlı qəbul etdiyi qərarı pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir:

“Aprelin 15-də Avropa Parlamenti növbəti dəfə aşkar siyasi üzgörənlik göstərərək qondarma “erməni soyqırımı” ilə əlaqədar qətnamə qəbul etmişdir. Türkiyə Cümhuriyyətini qondarma "soyqırımı”nı tanımağa çağıran, Avropa Birliyi ölkələrinə 24 apreli üzdəniraq “soyqırımı günü” kimi qeyd etməyi tövsiyə edən  sənəd tarixi gerçəkliklərin inkarı, tarixi siyasi konyuktur və maraqlar baxımdan yenidən yazmağa iddia edən bir mövqenin nümayişidir.

        Qətnamə Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunmuşdur. Avropa Parlamentinin bu addımı eyni zamanda Qərbdə, o cümlədən Avropa Parlamentində özünü büruzə verən islamofobiya əhval-ruhiyyəsinin bir nümunəsidir. 100 il bundan əvvəl, yəni 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən antitürk, antiazərbaycan, antiislam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdürlər.  Roma Papasının I Fransiskin açıqlaması tolerantlıqdan kənar qərəzli mövqedir və şəxsi ambisiyalara söykənir. 

Ermənilər tərəfindən müxtəlif illərdə Azərbaycana və Türkiyəyə  qarşı törədilmiş soyqrımların tanınmaması xristian təəssüfkeşliyinin və ikili standartların bariz nümunəsidir. 

Biz Avropa Parlamentinin 15 aprel 2015-ci il tarixli qətnaməsini reallıqdan uzaq, qeyri-ciddi, ikili standartların, siyasi üzgörənliyin nümunəsi kimi dəyərləndirir və qətiyyətlə rədd edirik. Əminik ki, müsəlman dəyərlərini mənimsəyərək indiki inkişaf səviyyəsinə malik olmuş “Qərb” bu hərəkətlər özlərinə qarşı dönəcəkdir”.

 

 




Tarix:20/4/2015     www.udpo.az saytı Geri