"Sərhədsiz İdman"


PRESS RELİZ

 

Məktəblilərin "Sərhədsiz İdman" yarışı 14 yanvar 2015-ci ildə başladılmış idman layihəsinin final mərhələsidir. Yarışın özəlliyi komandaların  Yasamal rayonundakı 153 saylı tam orta məktəbdə təhsil alan sağlam və sağlamlıq imkanları məhdud şagirdlər arasında keçirilməsidir.

 

Layihənin baş sponsoru ACCESS Bankdır. 

İdman ləvazimatları “İdman mallarının topdan və pərakəndə satışı” onlayn mağazası tərəfindən hədiyyə edilmişdir.

 

"Sərhədsiz İdman" layihəsi Azərbaycanda inklüziyanın genişləndirilməsi sahəsində müsbət nümunələrdəndir. Layihə çərçivəsində uşaqlara sağlam həyat tərzi təbliğ olunub, idman vasitəsilə pozitiv əhvala sahib olmaq, komanda işində iştirak kimi bacarıqlar aşılanıb.

 

Final yarışında 20 uşaq iştirak edəcək. 3 ay ərzində peşəkar idman mütəxəssislərinin təlim keçdiyi 10 sağlamlıq imkanları məhdud şagird (uşaq serebrial iflici, eşitmə problemli, əqli və fiziki inkişafın ləngiməsi) bu müddət ərzində yiyələndikləri bacarıqları nümayiş etdirəcəklər.Yarışın sonunda bütün uşaqlar mükafatlandırılacaqlar.

 

Final mərhələsi 153 saylı orta məktəbin inklüziv təhsil şöbəsinin rəhbəri, Təhsil Nazirliyinin və AccessBank nümayəndəsinin çıxışları ilə start götürəcək. Yarışlar arasında məktəbin digər şagirdləri musiqi, rəqs, gimnastika nümunələri ilə çıxış edəcəklər. Yarışı izləməyə məktəbin digər şagirdləri, valideyinlər, QHT və nazirlik nümayəndələri, media işçiləri dəvət olunacaqlar.

 

Yarış keçiriləcəyi saat, tarix və məkan: saat 12.00, 9 Aprel, 2015-ci il,Yasamal rayonundakı 153 saylı tam orta məktəbin idman zalı.

 

Sizi bu uşaqlar üçün əhəmiyyətli, eyni zamanda əyləncəli tədbirdə görməkdən böyük məmnunluq duyarıq. Yarışa dair ətraflı məlumatı https://www.facebook.com/events/977880205573524/ ünvandan ala bilərsiniz

 

İştirakınızı 012 538 10 50 şəhər telefonuna və ya (050) 433 60 80, 0505699154 mobil nömrələrinə zəng vuraraq və ya duygu.azerbaijan@gmail.com ünvanına yazaraq təsdiq etməyinizi xahiş edirik. Öncədən təşəkkürümüzü ifadə edirik.

 

                   Təşkilatçılar: Təranə Musayeva

                                           Nəzakət Zeynallı






Tarix:30/3/2015     www.udpo.az saytı Geri