“Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”


Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi

    Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  layihəsi çərçivəsində  01- 05 fevral 2015 – ci il tarixdə Yunanstanın Makedoniya universitetində təlimlər davam etdirilmişdir.

     Layihənin əsas məqsədi əlilliyi olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inkluziyasını dəstəkləyən mexanizmin qurulması və  ilkin olaraq Azərbaycanın 6 Universitetində İnkluziv Təhsil Mərkəzlərinin yaradılmasıdır.

     Layihənin Azərbaycandan tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avripa ölkələrindən isə Graz universiteti (Avstriya), Makedoniya universiteti (Yunanstan), Lodz universiteti (Polşa), Avropa Vətəndaş İnstitutu məsləhətçi (Niderland) təşkilatlarıdır.

Fevral ayı ərzində yerli partnyorların Avstriya (15-29 fevral) və Polşaya (25 -29 fevral) daha iki səfəri olacaqdır.






Tarix:6/2/2015     www.udpo.az saytı Geri